IQNA

Video | Beynəlxalq İslam Birliyi Konfransının açılışı

TEHRAN (IQNA) - 37-ci Beynəlxalq İslam Birliyi Konfransının açılış mərasimi oktyabrın 1-də səhər saatlarında İran İslam Respublikasının prezidenti Höccətül-İslam vəl-müslimin Seyid İbrahim Rəisinin iştirakı ilə başlayıb.

37-ci Beynəlxalq İslam Birliyi Konfransı 2023-cü il oktyabrın 1-i bazar günü səhər vaxtı Tehranın İslam Ölkələri Başçılarının İclas Salonunda İran prezidenti Ayətullah Seyid İbrahim Rəisi və bir qrup İslam alimi və tanınmış şəxsiyyətlərin iştirakı ilə başlayıb.Bu konfrans, Dünya İslam Məzhəblərin Yaxınlaşdırılması Assambleyasının təşkilatçılığı ilə keçirilir. 37-ci dəfə keçirilən builki konfransın şüarı isə “Ortaq dəyərlərə nail olmaq üçün İslam əməkdaşlığı” seçilib.

37-ci Vəhdət Konfransı həm onlayn, həm də əyani keçirilir. Bu konfransın vebinar (onlayn) hissəsi 28 sentyabr 2023-cü il tarixində başlayıb və 3 oktyabr çərşənbə axşamına kimi davam edəcək.

Konfransın katibliyinə müxtəlif dillərdə 205-dən çox məqalə göndərilib ki, onlardan 154-ü fars, 30-u ərəb, 15-i ingilis, 4-ü türk, qalanları isə başqa dillərdədir.

İran prezidenti Ayətullah Rəisi bu konfransın açılış mərasimində çıxışı zamanı bütün mütəfəkkirlərin idrakının məzhəbləri bir-birinə yaxınlaşdırmaq və təkfir təfəkkürünə nifrətə əsaslanması lazım olduğuna işarə edərək dedi: Müsəlman xalqlar bilməlidirlər ki, sionist rejimlə və İslam düşmənləri ilə əlaqələrin normallaşdırılması cahiliyyət dövrünə qayıdış yolu ilə getməyə bənzəyir.

İran prezidentinin çıxışından sonra məzhəbləri bir-birinə yaxınlaşdırmaq, vəhdət, müqayisəli fiqh və s. sahələrdə 15 kitabın təqdimatı olub.

Həmçinin bu konfransda iştirak edən qonaqlar və mütəfəkkirlər çərşənbə axşamı Peyğəmbərin (s) mövlud günündə İran İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Xamenei ilə görüşməlidirlər.

kod